21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hazırlıq çərçivəsində komandamız iki yoxlama oyunu keçirəcək. U-21-in yanvarın 16-da “Səbail”, 17-də isə “Şamaxı” ilə qarşılaşması planlaşdırılır.
Baş məşqçi Rəşad Eyyubov bu toplanış üçün milliyə 24 futbolçu dəvət edib. Həmin futbolçuların siyahısını nəzərinizə çatdırırıq:
- Səlim Həşimov – Şamaxı
- Rəvan Mirzəmmədov – Sabah
- Sadiq Məmmədzadə – Difai
- Emin Rüstəmov – Səbail
- Elgün Dünyamaliyev – Cəbrayıl
- Raul Məmmədov – Kəpəz
- Tuncay Yusifli – İmişli
- Səttar Tahirzadə – Marset (İspaniya)
- Bilal İsmayılov – Şamaxı
- Rüfət Tahirov – Difai
- Hacıəli Şirəliyev – Difai
- Okan Təhmazlı – Zaqatala
- Elcan Əbilov – Kəpəz
- Cəfər Muxtarov – Sabah
- Elyas Bağci – Herta (Almaniya)
- Raul Süleymanov – Hertha (Almaniya)
- Emil Süleymanov – Şamaxı
- Qurban Səfərov – Mingəçevir
- Xəyyam Məmmədli – Baku Sportinq
- Həsən Nərəzli – Ankaragücü (Türkiyə)
- Elmar Məmmədov – MOİK
- Nihat Mehrəliyev – Şamaxı
- Şaxmar Aşurov – Kəpəz
- Davud Mənsumov – Şamaxı


