Zəkəriyyə Savo “Qarabağ”a keçir – Bakıya gəldi

İsveçin “Yurqorden” klubunun qambiyalı mərkəz hücumçusu Zəkəriyyə Savo bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Kipr mətbuatı məlumat yayıb.

Məlumata görə, 26 yaşlı futbolçu transferi rəsmiləşdirmək üçün artıq Azərbaycana gəlib. Bildirilir ki, futbolçu Bakıda tibbi müayinədən keçəcək və daha sonra Ağdam klubu ilə müqavilə imzalayacaq.

“Qarabağ”ın bu futbolçu ilə maraqlandığı barədə xəbərlər də dolaşırdı. Hazırda transferin yekun mərhələdə olduğu qeyd edilir. Hətta Ağdam klubu sosial şəbəkə hesablarında da növbəti transferin anonsunu verib. Amma futbolçunun kimliyi hələlik gizli saxlanılır. Böyük ehtimalla bu, elə Zəkəriyyə Savo olacaq.

Zəkəriyyə Savonun karyerası demək olar ki, İsveçlə bağlıdır. Belə ki, o, bu ölkədə “BK Olimpik”, “Rozenqard”, “Oskarhamns”, “Start” kimi klublarda çıxış etdikdən sonra 2023-cü ildə Kiprin “Aris” (Limassol) komandasına üz tutub. 2025-ci ildə yenidən İsveçə qayıtmış hücumçu bu ölkənin “Yurqorden” klubu ilə anlaşıb. 2025/2026-cı illər mövsümünün ikinci yarısını icarə əsasında Kiprin AEL (Limassol) komandasında keçirmiş futbolçu burada 22 oyuna 10 qol vurub, 1 məhsuldar ötürmə verib.

Savo müqavilə ilə “Yurqorden”ə məxsusdur. Onun İsveç klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. Bazar dəyəri 550 min avro qiymətləndirilən forvardın Ağdam klubuna müəyyən təzminat qarşılığında keçəcəyi gözlənilir.

Xatırladaq ki, “Qarabağ” mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: