“Qəbələ” “Mingəçevir”ə qarşı

Bu gün “Qəbələ” ilə “Mingəçevir” arasında futbol üzrə Azərbaycan Premyer Liqasında vəsiqə uğrunda pley-off oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, bu prinsipial qarşılaşmanı FIFA referisi Tural Qurbanov idarə edəcək.

Ona yan xətt hakimləri Cəmil Quliyev və Asiman Əzizli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. VAR-da Rəvan Həmzəzadə, AVAR-da Teymur Teymurov əyləşəcək.

“Sumqayıt Arena”da keçiriləcək oyuna saat 18:30-da start veriləcək.

Xatırladaq ki, “Qəbələ” 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasını 11-ci, “Mingəçevir” isə Birinci Liqanı 2-ci pillədə başa vurub. Qalib gələn tərəf Premyer Liqada, məğlub olan isə Birinci Liqada çıxış edəcək.

Premyer Liqa uğrunda pley-off matçı
28 may

“Qəbələ” – “Mingəçevir”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Sumqayıt Arena”, 18:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: