Natan Monzanqo “Qəbələ”də – Rəsmi

Konqo Demokratik Respublikasından olan 25 yaşlı mərkəz müdafiəçisi Natan Monzanqo bundan sonra “Qəbələ”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Azərbaycan klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “Qəbələ” yay fasiləsində daha bir transferini reallaşdırıb. Bu gün Natan Monzanqo ilə 1+1 illik müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisinin son klubu “Bravo” (Sloveniya) olub. O, 2025-ci ilin sentyabr ayından formasını geyindiyi bu komandanın heyətində 26 oyuna çıxıb, 1 qola imza atıb.

Monzanqo buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa), “Rizəspor” (Türkiyə) klublarının da şərəfini qoruyub.

“Qəbələ” ötən gün Kouya Mabenanı da heyətinə qatdığını açıqlamışdı. İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Rza Cəfərov, Sambu Sissoko, Murad Musayev, Adriel Ba Lua, Ceyhun Bağırzadə və Domi Massumu ilə yollarını ayırmış əyalət klubu yalnız Seydina Keyta ilə yeni müqavilə bağlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: