Braziliyalı mərkəz hücumçusu Luis Felipe da Silva Rodriqes bundan sonra Azərbaycanın “Şəfa” klubunun uğurları üçün çalışacaq.
Arena.az bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, “Şəfa” bu gün növbəti transferini reallaşdırıb. Luis Felipe ilə 1+1 illik müqavilə imzalanıb.
25 yaşlı futbolçu son olaraq Albaniyanın “Vora” klubunda çıxış edib. O, karyerası ərzində “Boavişta”, “Parana”, “Kaldense”, “Banqu Atletiko”, “Sentro Sportivo Alaqoano”, “İpatinqa” və “Volta Redonda” klublarının formasını geyinib.
“Şəfa” bu yay Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev, Məmməd Hüseynov, Vlad Pop, Andrey Draqu, Dilan Mertens, Mussa Quel, Fərid Yusifli, Maudo Jarjue, Treyvon Fuller, Bafode Dansoko, Kristofer Mamengi, Ayxan Əlizadə, Nurhan Abdıyev, Eltun Babazadə və Elmar Məmmədovu da heyətinə qatıb.
Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli və Nahid Əliyevlə yeni müqavilə imzalanıb.
Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov, Ruslan Hacıyev və Pərviz Azadov da komandanı tərk ediblər.


