Əyyub Buaddi 95 milyon avroya “Mançester Siti”də!

Fransanın “Lill” klubunun mərkəz yarımmüdafiəçisi Əyyub Buaddi bundan sonra “Mançester Siti”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Mançester nəhəngi bu transfer üçün “Lill”ə 95 milyon avro ödəyib. 18 yaşlı yarımmüdafiəçi ilə 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.

Əyyub Buaddi Fransanın “Lill” klubunun yetirməsidir. 2023-cü ildə əsas komandaya cəlb edilmiş futbolçu meydana çıxdığı 96 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin Fransa klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcud idi.

Buaddi 2025-ci ilə qədər Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu 2026-cı ildə Mərakeşin əsas millisində oynamağa başlayıb. O, bu komandanın heyətində 8 oyuna çıxıb.

“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: