“Bayern” rəsmisi Keynin yeni müqavilə imzalayacağına inanır

“Bayern”in idman direktoru Maks Eberl komandanın hücumçusu Harri Keynlə müqavilənin uzadılması ehtimalından danışıb.

Arena.az xəbər verir ki, o, tərəflər arasındakı danışıqların gedişatını müsbət qiymətləndirib.

İngiltərə millisinin 33 yaşlı hücumçusunun hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Daha əvvəl Münhen klubunun Keynlə müqaviləni ən azı 2029-cu ilə qədər uzatmaq istədiyi barədə məlumat yayılmışdı. Hazırda tərəflərin danışıqlara başladığı təsdiqlənib.

Eberl “Sky Sport”a açıqlamasında danışıqların gözləniləndən daha rahat keçdiyini bildirib:

“Müqavilə ilə bağlı danışıqlar təəccüblü dərəcədə rahat gedir. Burada qalmaq istəyən futbolçu və müqaviləni uzatmaq istəyən klub var. Əlbəttə, hələ bəzi detalları həll etmək lazımdır”.

Beləliklə, tərəflərin yeni müqavilə ilə bağlı razılaşmaya yaxın olduğu görünür. Hazırda əsas məsələlərdən biri “Bayern”lə hücumçu arasındakı yeni müqavilənin müddətinin müəyyənləşdirilməsidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: