U-21 millimizin 3 oyununun vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Avropa çempionatının seçmə mərhələsindəki növbəti oyunlarının vaxtı bəlli olub.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, gənclərdən ibarət Azərbaycan milli komandası bu ilin sentyabr və oktyabr aylarında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üç rəsmi oyun keçirəcək. U-21 millimiz Çexiya, Şotlandiya və Cəbəllüttariqin müvafiq yaş qrupundan ibarət komandaları ilə üz-üzə gələcək.

Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

25.09.2026
Azərbaycan – Çexiya
“Masazır Arena”.

30.09.2026
Şotlandiya – Azərbaycan
“Reqbi Park” (Kilmarnok, Şotlandiya).

06.10.2026
Azərbaycan – Cəbəllütariq
“Masazır Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: