U-21 millimiz Masazırda Çexiya ilə üz-üzə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti sınağına çıxır.

Arena.az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer almış millimiz 8-ci oyununda Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gələcək. “Masazır Arena”da təşkil ediləcək oyuna saat 17:45-də start veriləcək. Oyunu İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, U-21 millimiz altı komandanın yer aldığı B qrupunda 6 xalla beşinci pillədə qərarlaşıb. Çexiya isə 14 xalla ikincidir.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə növbəti matçlarını sentyabrın 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da evdə Cəbəllütariq yığmalarına qarşı keçirəcək.

AÇ-2027-nin seçmə mərhələsi
B qrupu

25 sentyabr

Azərbaycan – Çexiya
Baş hakim: Aaron O’Dud.
Baş hakimin köməkçiləri: Darra Kiqan, Şeyn Cerrard O’Brayen.
Dördüncü hakim: Pol Norton.
“Masazır Arena”, saat 17:45.

Xallar: Portuqaliya – 19. Çexiya – 14. Şotlandiya – 11. Bolqarıstan – 11. Azərbaycan – 6. Cəbəllüttariq – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: