Tyaqo Silva “Şəfa”da!

Bu yay “Zirə”dən ayrılmış portuqaliyalı qapıçı Tyaqo Silva (tam adı Tyaqo Fernando Penela Silva) bundan sonra “Şəfa”da çıxış edəcək.

Arena.az bu barədə “Şəfa”nın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, 26 yaşlı futbolçu ilə 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Xatırladaq ki, Tyaqo Silva son 3 mövsümü Azərbaycanda – “Zirə”də keçirib. Portuqal qolkiper Azərbaycan komandasında bütövlükdə 189 oyuna çıxıb, 77 qol buraxıb, 37 “quru” matç keçirib.

“Benfika”nın yetirməsi olan Tyaqo Silva ölkəsində isə “Vitoriya” (Gimarayş), “Leyşoeş” və “Trofense” klublarının formasını geyinib. O, Portuqaliyanın U-15, U-16, U-18 və U-19 yığmalarında da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: