U-21 milimizin AÇ-2027-dəki sonuncu sınağı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu sınağına çıxacaq.

Arena.az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer almış millimiz 10-cu oyununda Cəbəllüttariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gələcək. Masazırda təşkil ediləcək oyuna saat 17:45-də start veriləcək. Oyunu Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, U-21 millimiz altı komandanın yer aldığı B qrupunda 7 xalla beşinci pillədə qərarlaşıb. Keçirdiyi oyunların hamısından məğlubiyyətlə ayrılmış Cəbəllüttariq isə sonuncudur.

AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
6 oktyabr

17:45. Azərbaycan – Cəbəllüttariq
Baş hakim: Yasmin Sabotiç (Lüksemburq)
Yan xətt hakimləri: Yoakim Da Silva, Tom Hansen (hər ikisi Lüksemburq)
Dördüncü hakim: Sedrik Biever (Lüksemburq).
“Masazır Arena”.

Xallar: Portuqaliya – 22. Çexiya – 18. Şotlandiya – 14. Bolqarıstan – 14. Azərbaycan – 7. Cəbəllüttariq – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: