Futbol üzrə Azərbaycan milli komandasınn da üzvü olan sağ cinah müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasına (PFL) xəbər verir.
“Zirə”nin futbolçusunun yubileyi “Şamaxı” ilə matça (1:1) təsadüf edib. Müdafiəçi Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 7-ci turuna start heyətində çıxıb.
Premyer Liqada debütü 2018/2019-cu illər mövsümündə gerçəkləşmiş Seydiyev 200 qarşılaşmada 6 qol vurub. O, bu müddətdə üç klubun formasını geyinib. Müdafiəçi “Qəbələ”də 31 (1 qol), “Sabah”da 162 (5 qol), “Zirə”də 6 dəfə şans qazanıb.
Amin Seydiyev bu ilə “Sabah”dan “Zirə”yə keçib. O, “qartallar”ın heyətində 11 oyuna çıxıb, 1 qola imza atıb.
Seydiyev 2020-ci ildə debüt etdiyi Azərbaycan milli komandasının heyətində 13 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


