Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 8-ci turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Levante” doğma meydanda “Sevilya” ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
Beləliklə, geridə qalmış 8 turdan sonra itkisiz irəliləyən yeganə komanda – “Barselona” 24 xalla vahid liderdir. “Atletiko” ilə “Betis”in 19, “Real”ın 18, “Sevilya”nın 14, “Real Sosyedad”ın 13 xalı var.
İspaniya, La Liqa
8-ci tur
9 oktyabr
Malaqa – Espanyol 1:1
10 oktyabr
Rayo Valyekano – Atletik 0:0 (yarıda qalıb)
Alaves – Atletiko 1:2
Barselona – Xetafe 3:0
Real – Vilyarreal 1:0
11 oktyabr
Elçe – Selta 0:0
Real Sosyedad – Deportivo 3:2
Betis – Osasuna 5:2
Rasinq – Valensiya 2:2
12 oktyabr
Levante – Sevilya 3:3


