Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo peşəkar karyerasında 981-ci qolunu vurub.
Arena.az xəbər verir ki, “Əl-Nəsr” ötən gecə Asiya Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda Özbəkistanın “Neftçi” komandasını 3:1 hesabı ilə məğlub edib.
Ər-Riyadda keçirilən qarşılaşma raket təhlükəsi ilə əlaqədar bir saat gec başlayıb. Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi paytaxtda potensial təhlükə barədə xəbərdarlıq yayıb.
Qalib komandanın heyətində Ancelo 33-cü, Kristiano Ronaldo isə 42-ci dəqiqədə fərqlənib. Portuqaliyalı hücumçu bununla peşəkar karyerasında vurduğu qolların sayını 981-ə çatdırıb. “Neftçi”nin heyətində Əlişir Odilov 51-ci dəqiqədə qol vurub. 78-ci dəqiqədə isə qonaqların futbolçusu avtoqol müəllifi olub.
Qeyd edək ki, İkram Alibayev 65-ci dəqiqədə qırmızı vərəqə alaraq Özbəkistan təmsilçisini azlıqda qoyub.
“Əl-Nəsr” turnirdə ilk qələbəsini qazanıb. Səudiyyə Ərəbistanı təmsilçisi ilk turda səfərdə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” klubuna 0:4 hesabı ilə uduzmuşdu. Komanda növbəti oyununu oktyabrın 26-da “Əl-Vasl”a qarşı keçirəcək.


