Kamal Umudlu “Roma” – “Real” oyununa təyinat aldı

FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının Liqa mərhələsinin 2-ci turunda keçiriləcək “Roma” – “Real” matçının baş hakimi olacaq.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Oktyabrın 14-də İtaliyanın paytaxtı Romada yerləşən “Stadio Tre Fontane” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Kamal Umudlu ilə yanaşı daha iki həmyerlimiz – Namiq Hüseynov və Vüsal Məmmədov da bu oyuna təyinat alıblar. Onlar baş hakim yan xətdə kömək edəcəklər. Görüşün dördüncü hakimi isə italiyalı Davide Di Marko olacaq.

Qeyd edək ki, UEFA Gənclər Liqasının Liqa mərhələsinin ikinci turunda üz-üzə gələcək bu komandalar arasındakı oyun Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: