Azərbaycanın minifutbol üzrə U-23 milli komandası Xorvatiyada təşkil edilmiş dünya çempionatında bu gün ilk matçına çıxıb.
Arena.az xəbər verir ki, İlkin Hacıyevin rəhbərlik etdiyi yığmamız ilk oyununda Rumıniya seçməsi ilə qarşılaşıb.
Altı qolun qeydə alındığı bu görüş 3:3 hesabı ilə başa çatıb. Azərbaycan millisinin heyətində Xəzər Ağalızadə (3), Nihad Ağayev (35) və Fərid Abbasov (39) fərqləniblər.
Qeyd edək ki, bu gün startı verilmiş yarışa oktyabrın 16-da yekun vurulacaq. Millimiz növbəti matçında Çexiya yığması ilə üz-üzə gələcək.
Azərbaycan U-23 millisi bu dünya çempionatına aşağıdakı heyətlə qatılıb:
Qapıçılar:
1. Elcan Sarıyev
93. Cavid Rəhimov
Oyunçular:
6. Mirzə Əmirov
7. Xəzər Ağalızadə
8. Murad Fərzəliyev
9. Kərim İbrahimov
10. Kənan Məsiмov
11. Bəyoğlan Vəlizadə
13. Ümid Qəhrəmanov
15. Ayxan Mustafazadə
19. Mirmövsüm Caniyev
20. Fərid Abbasov
21. Emil Binyatzadə
27. Nihad Ağayev
80. İbrahim Ağayarov
Baş məşqçi: İlkin Hacıyev


