Futbol üzrə Çexiya millisinin yarımmüdafiəçisi Tomaş Souçek İngiltərənin “Vest Hem” klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı yeni sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti 2027-ci ilin yayında bitəcəkdi.
2020-ci ilin yanvarından “Vest Hem”də çıxış edən 31 yaşlı futbolçu indiyədək bu komandanın heyətində 285 oyun keçirib, 47 qol vurub. O, 2023-cü ildə Avropa Konfrans Liqasının qalibi olub. Souçek 2021-ci ildə isə bu klubda ilin ən yaxşı futbolçusu seçilib.
Tomaş Souçek yeni müqaviləsi barədə danışarkən “Vest Hem”in onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Bütün qəlbimlə deyə bilərəm ki, “Vest Hem” mənim evimdir. Burada gördüyümüz işlərlə fəxr edirəm və inanıram ki, gələcəkdə daha böyük uğurlar qazanacağıq.
Bu klubda artıq yeddi ildir çıxış edirəm. Futbol həyatımın böyük bir hissəsini burada keçirmişəm və bu müddət davam edəcək. Ailəm və azarkeşlər üçün də burada qalmaq çox xoşdur. Bordo-mavi formada oynamaqdan zövq alıram.
Yeni müqavilə imzaladıqdan sonra həm özüm, həm də klub üçün yeni hədəflər müəyyənləşdirmişəm. İlk məqsədimiz dərhal Premyer Liqaya qayıtmaqdır. Daha sonra növbəti mövsüm yüksək liqada oynamaq və uğur qazanmaq istəyirəm”.




