Camal Musiala zədədən sonra yaşıl meydanlara qayıtmağa yaxındır

Futbol üzrə Almaniya milli komandasının və “Bayern” klubunun ulduz yarımmüdafiəçisi Camal Musiala zədəsini sağaltmaq üzrədir.

Arena.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Mənbənin məlumatına görə, 23 yaşlı futbolçu komandasının qarşıdakı oyunlarında iştirak edə bilməyəcək. Musiala UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda London “Arsenal”ına qarşı keçiriləcək oyunu, eləcə də Bundesliqanın 7-ci turunda “Frayburq”la görüşü buraxacaq.

Almaniyalı yarımmüdafiəçinin oktyabrın 28-də “Maqdeburq”la Almaniya Kuboku matçında və ya oktyabrın 31-də Dortmund “Borussiya”sı ilə Bundesliqa qarşılaşmasında meydana qayıtması gözlənilir.

Qeyd edək ki, Camal Musiala sentyabr ayında Almaniya millisinin düşərgəsində olarkən zədələnib. Tibbi müayinələr futbolçunun bud nahiyəsində əzələ toxumasının cırılması olduğunu üzə çıxarıb.

Yarımmüdafiəçi 2026/27 mövsümündə “Bayern”in heyətində bütün turnirlərdə 4 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: