Riçard Almeyda yenidən “Qarabağ”da!

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda yenidən “Qarabağ”a qayıdıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Braziliyalı legioner Ağdam təmsilçisində “7” nömrəli formada çıxış edəcək.

Riçard Almeyda daha öncə 2012-2019-cu illərdə “köhlən atlar”ın şərəfini qoruyub. O, 2018/19 mövsümündə qısa müddət Qazaxıstanın “Astana” klubunda çıxış etsə də, yenidən Ağdam klubuna qayıdıb.

Azərbaycan millisində 22 oyun keçirib, 3 qola imza atan futbolçu, karyerası ərzində “Santo Andre”, “Jil Visente”, “Baniyas” kimi klublarda da çıxış edib. O, 2020-ci ilin oktyabrından “Zirə”də çıxış edirdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: