Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Hamburq”dan Amadu Onananı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
“Lill” Onana üçün Almaniya klubuna 7 milyon avro ödəyib. Seneqal əsilli belçikalı futbolçu yeni komandasında 24 nömrəli formanı geyinəcək.
Amadu Onana 2017-ci ildən “Hoffenhaym”da çıxış edirdi. O, bu klubun ikinci komandasında forma geyinirdi. Ötən mövsümün əvvəlində isə yarımmüdafiəçi “Hamburq”a transfer olunmuşdu. Onana həm də Belçikanın U-21 yığmasının kapitanıdır.


