“Qəbələ” “Sabah” üzərində inamlı qələbəyə sevindi

Yeni mövsümə hazırlığını davam etdirən “Sabah” və “Qəbələ” komandaları bu gün yoxlama oyunu keçirib. Arena.az xəbər verir ki, sözügedən komandalar “Bank Respublika Arena”da üz-üzə gəliblər.

Masazırdakı görüşdə qapılara bütövlükdə 6 qol vurulub. Qarşılaşma “Qəbələ”nin 4:2 hesablı qələbəsiylə başa çatıb.

“Sabah”ın qollarını Coy-Lens Mikels və Tiemoko Fofana vurub. “Qəbələ”də isə Murad Musayev dubla imza atıb, həmçinin Rövlan Muradov və İsnik Alimi hərəyə bir dəfə fərqlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: