“Barselona” Samuel Umtiti ilə müqavilə yenilədi

İspaniyanın “Barselona” klubu müdafiəçi Samuel Umtiti ilə müqavilənin müddətini artırılıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu ilə sözləşmənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb. 29 yaşlı müdafiəçi əvvəlki müqavilədə qalan 1.5 il üçün almalı olduğu maaşın bir hissəsindən imtina edib.

Samuel Umtiti 2016-cı ilin yayından “Barselona”da çıxış edir. O, bu mövsüm La Liqada cəmi 1 oyuna çıxıb. Bütövlükdə isə o, bu komandanın heyətində 133 matçda forma geyini, qol vurub. Fransa millisinin də üzvü olan Umtiti daha öncə Lion “Olimpik”inin uğurları üçün çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: