“Lill” Kosovo millisinin üzvünü transfer etdi

Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi İsveçrə “Bazel”indən Edon Jeqrovanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb. Kosovolu futbolçu yeni komandasının heyətində “23” nömrəli formanı geyinəcək.

“Lill” Edon üçün “Bazel”ə 7 milyon avro ödəyib. O, bu mövsüm sözügedən komandanın heyətində meydana çıxdığı 15 matçda 4 qol vurub, 6 məhsuldar ötürmə etmişdi.

Edon Jeqrova Almaniyada doğulsa da, peşəkar futbolçu karyerasına Belçika “Gent”ində başlayıb. 2019-cu ilə “Bazel” onu “Genk”dən icarəyə götürüb, 2020-ci ildə isə birdəfəlik transfer edib. 2018-ci ildən Kosovo yığmasına dəvət alan sağ cinah vingeri, millidə 24 oyuna çıxıb, 2 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: