21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Estoniya və Belarus yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Arena.az xəbər verir ki, baş məşqçi Milan Obradoviç qarşıdakı görüşlərə 24 oyunçu dəvət edib.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Yığmaya dəvət alan oyunçulardan yalnız biri legionerdir. Bu, “Neftçi”dən icarə əsasında Latviya “Dauqavpils”inə keçən Asim Əlizadədir.
Azərbaycan millisinin qarşıdakı iki oyunundan biri rəsmi, digəri isə yoxlama xarakteri daşıyır. Belə ki, komandamız əvvəlcə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-də Estoniya ilə qarşılaşacaq. Bu oyun Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq. Martın 29-da isə U-21 yığmamız Bakıda Belarusla yoxlama oyununda qüvvəsini sınayacaq. Bu görüş “Bakcell Arena”da gerçəkləşəcək.
- Amin Ramazanov – Qarabağ
- Rüstəm Samiqullin – Sabah
- Əkpər Vəliyev – Keşlə
- Rauf Hüseynli – Qarabağ
- Arsen Ağcabəyov – Sabah
- Cəlal Hüseynov – Zirə
- Mert Çelik – Neftçi
- Zamiq Əliyev – Qarabağ
- Samet Karakoç – Qəbələ
- Nihad Quliyev – Qarabağ
- Ceyhun Nuriyev – Sabah
- Səbuhi Abdullazadə – Sumqayıt
- Asim Əlizadə – Dauqavpils (Latviya)
- Şakir Seyidov – Sabah
- Pərviz Azadov – Keşlə
- İsmayıl Zülfüqarlı – Neftçi
- Elvin Cəfərquliyev – Qarabağ
- Emil Səfərov – Qəbələ
- Rüfət Abdullazadə – Sumqayıt
- Ədilxan Qarəhmədov – Səbail
- İldar Ələkbərov – Sabah
- Abdulla Xaybulayev – Sabah
- Kamran Quliyev – Sabah
- Musa Qurbanlı – Qarabağ


