Qurban Qurbanov daha 3 il “Qarabağ”da!

Qarabağ” baş məşqçisi Qurban Qurbanov ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il bu komandanın baş məşqçisi olacaq.

Qurban Qurbanov 2008-ci idən “Qarabağ”ı çalışdırır. Ağdam təmsilçisi bu müddət ərzində 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. Sözügedən komanda 8 dəfə də UEFA-nın klub turnirlərinin qrup mərhələsində oynamaq hüququ qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: