“Şamaxı” baş məşqçi postu ilə bağlı qərarını verib. Arena.az xəbər verir ki, klubun İdarə Heyəti Rüstəm Əliyevin əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunması barədə qərar qəbul edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Rüstəm Əliyevlə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Rüstəm Əliyev Sənan Qurbanovun istefaya göndərilməsindən sonra komandanın sükanı arxasına gətirlmişdi. 35 yaşlı mütəxəssis aprelin 16-dan komandaya rəhbərlik edirdi.
“Şamaxı” son mövsümdə Premyer Liqanı 28 xalla 7-ci pillədə başa vurub.
Paytaxt klubu iki futbolçusu ilə də yeni müqavilə bağlayıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, qapıçı Stanislav Namaşko və müdafiəçi Rəhman Daşdəmirovla müqavilələrin müddəti artırılıb. Klubun İdarə Heyəti hər iki futbolçu ilə əməkdaşlıq müqaviləsinin müddətinin daha bir il uzadılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Daşdəmirov “Şamaxı”nın əvəzedici komandasının üzvüdür. O, geridə qalan mövsümdə Premyer Liqa matçlarında da iştirak hüququ qazanırdı. Yeni mövsümdən isə o, artıq əsas komandanın üzvünə çevriləcək.
Stanslav Namaşko isə 2019-cu ildən “Şamaxı”da çıxış edir. Moldova millisinin də üzvü olan 36 yaşlı qolkiper 2020/21 mövsümündə Azərbaycan Kubokunun qalibi olub. O, 2014-2016-cı illər aralığında Azərbaycanda AZAL klubunun da formasını geyinib.


