“Qarabağ” futbolçusu Riçard Almeyda ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Yeni müqaviləyə əsasən, əslən Braziliyadan olan milliləşdirilmiş yarımmüdafiəçi daha bir il Ağdam klubunda çıxış edəcək. 33 yaşlı futbolçunun əvvəlki müqaviləsinin müddəti bu yay başa çatırdı.
Xatırladaq ki, Riçard Almeyda daha öncə 2012-2019-cu illərdə “köhlən atlar”ın şərəfini qoruyub. O, 2018/19 mövsümündə qısa müddət Qazaxıstanın “Astana” klubunda çıxış etsə də, yenidən Ağdam klubuna qayıdıb. 2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubuna transfer olunan yarımmüdafiəçi elə həmin il Azərbaycana qayıdaraq “Zirə” ilə müqavilə bağlamışdı. Ötən ilin avqustunda “Zirə”dən ayrılan Almeyda yenidən “Qarabağ”la müqavilə bağlamışdı.
Azərbaycan millisində də də çıxış edən futbolçu, karyerası ərzində “Santo Andre” və “Jil Visente” kimi klublarda da çıxış edib.


