Azərbaycanın U-21 millisi baş məşqçisiz qalıb. Arena.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Milan Obradoviç postundan ayrılıb.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Serbiyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb. AFFA Obradoviçə U-21yığmasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
AFFA-nın açıqlamasında o da bildirilir ki, millinin baş məşqçisi vəzifəsinə yeni təyinatla bağlı əlavə məlumat veriləcək.
Milan Obradoviç 2019-cu ilin yanvar ayından Azərbaycanın U-21 millisinə rəhbərlik edirdi.


