Zeki Çelik rəsmən “Roma”da!

Futbol üzrə Türkiyə milli komandasının müdafiəçisi Zeki Çelik Fransanın “Lill” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu İtaliyanın “Roma” klubuna transfer olunub.

Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Türkiyəli müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Onun yeni komandasında 19 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.

Zeki Çelik “Bursaspor”un yetirməsidir. O, 2015/16 mövsümündə “Karacabəyspor”da icarədə oynayıb. 2016-cı ildə Bursa klubundan ayrılan futbolçu 2 il “İstanbulspor”da oynayıb. 2018-ci ildə isə futbolçu Fransanın “Lill” klubunda oynamağa başlayıb. Sağ cinah müdafiəçisi Liqa 1 təmsilçisinin heyətində bütövlükdə 143 matça çıxıb, 8 qola imza atıb. O, 2020/2021 mövsümündə komanda ilə Fransa çempionu olub.

Türkiyə milli komandasında 32 matça çıxmış Zeki Çelik, bu oyunlarda 2 qolla yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: