Futbol üzrə Azərbaycanın U-21 millisi bu gün yoxlama görüşündə qüvvəsini sınayıb. Arena.az xəbər verir ki, yığmamız Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Macarıstanın U-21 seçməsi ilə qarşılaşıb.
Samir Əliyevin rəhbərlik etdiyi komanda bu oyundan məğlubiyyətlə ayrılıb. 48-ci dəqiqədə penaltidən vurulan qolla məğlub duruma düşən yığmamız, 66 və 81-ci dəqiqələrdə daha 2 qol buraxıb.
Azərbaycanın U-21 millisi növbəti oyununu noyabrın 20-də isveçli yaşıdlarına qarşı keçirəcək.
Yoxlama oyunu
17 noyabr
Macarıstan – Azərbaycan 3:0
Hakimlər: Batuhan Kolak, Hidayet Zeybek, Uğur Çakmak, Halim Kolancı (hamısı Türkiyə).
Macarıstan. 1. Kristian Hegyi, 2. Balint Katona, 3. Akos Debreceni, 4. Balogh Botond (k), 5. Mihali Kata, 6. Georgi Komaromi, 7. Mark Kosznovski, 8. Mario Lukas Simut, 9. Daniel Nemet, 10. Zalan Vancsa, 11. Aleks Szabo.
Ehtiyat oyunçular: 12. Zsombor Molnar, 13. Levente Ori, 14. Aron Alaxai, 15. Patrik İyinbor, 16. Kevin Kallai, 17. Balint Szabo, 18. Aqoston Benyei, 19. Bentalan Komivans, 20. Bertalan Komivans, 21. Vitalis Milan, 22. Dominik Kocsis, 23. Matyas Kovacs, 24. Milan Toth, 25. Szalay Szabolcs.
Baş məşqçi: Zoltan Gera.
Azərbaycan: 22. Yusif İmanov, 4. David Orucov, 9. Hüseyn Babayev, 7. Abdulla Rzayev, 8. Mirəli Əhmədov, 13. Veysəl Rzayev (k), 17. Murad Vəliyev, 20. Emil Səfərov, 23. Mustafa Yıldırım, 21. Tuqay Əlizadə, 14. Camal Cəfərov.
Ehtiyat oyunçular: 1. Rza Cəfərov, 3. Rüstəm Samiqullin, 5. Xəyyam Hüseynov, 6. Şirxan Həsənzadə, 10. İbrahim Ramazanov, 11. Rüfət Abbasov, 12. Süleyman Damadayev, 15. Elcan Əbilov, 16. Elçin Qasımov, 18. Ramin Nəsirli, 19. Nihat Fərəcli, 22. Samir Abdullayev, 24. Nəriman Axundzadə.
Baş məşqçi: Samir Əliyev.


