Ruan Renato “Qəbələ”də 50-ci oyununa çıxdı

Qəbələ”nin mərkəz müdafiəçisi Ruan Renato əyalət təmsilçisində 50-ci oyununu keçirib. Arena.az xəbər verir ki, braziliyalı futbolçunun yubileyi Azərbaycan kubokunun 1/4 final mərhələsinə təsadüf edib.

28 yaşlı cənubi amerikalı “Qarabağ”la səfərdə baş tutan ilk matçda meydana çıxıb. Dörd qolun qeydə alındığı bu matçda tərəflər heç-heçə ilə kifayətləniblər – 2:2.

2021-ci ilin yayında transfer olunan Ruan Renato “Qəbələ”də keçirdiyi 50 görüşdə 2 qol vurub. O, Premyer Liqada 41 (2 qol), Azərbaycan kubokunda 7, Avropa Konfrans Liqasında isə 2 dəfə meydana çıxıb.

Xatırladaq ki, Renato “Qəbələ”də 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfər oyununda debüt edib. Həmin qarşılaşma da 2:2 hesabı ilə başa çatmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: