Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turu “Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov üçün əlamətdar olub. Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Onun yubileyi “Sabah”la ev görüşünə (0:3) təsadüf edib. Start heyətində meydana çıxan forvard indiyə qədər Azərbaycan Premyer Liqasında 17 qola imza atıb.
“Qəbələ”nin yetirməsi olan Ülvi iki klubun heyətində çıxış edib. “Qəbələ”də 82 matçda meydana çıxan hücumçu 14 qola imza atıb. “Sumqayıt”da 18 oyun keçirən İsgəndərov 3 dəfə fərqlənib.
Xatırladaq ki, Ülvi İsgəndərovun Azərbaycan Premyer Liqasında debütü 2017/18 mövsümündə gerçəkləşib. O, 2018-ci il fevralın 10-da “Sumqayıt”ın heyətində “Zirə”yə qarşı matçda (1:1) meydana çıxıb.


