Ülvi İsgəndərov “Qəbələ”də 100-cü oyunu keçirdi

Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov Premyer Liqa təmsilçisinin heyətində 100-cü rəsmi oyununu keçirib. Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 24-cü turuna təsadüf edib.

O, “Səbail”lə səfər matçına start heyətində çıxıb. Ülvi 2:2 hesabı ilə başa çatan görüşdə 85 dəqiqə meydanda olub.

“Qırmızı-qara” formada 100 oyun keçirən forvardın hesabında 19 qol var. O, Premyer Liqada 86 (15 qol), kubokda 10 (4 qol), avrokuboklarda 4 dəfə meydana çıxıb. İsgəndərov “Qəbələ”nin tarixinə 100 və daha çox oyunda iştirak edən 12-ci futbolçu kimi düşüb.

Xatırladaq ki, Ülvi İsgəndərov “Qəbələ”də 2017-ci noyabrın 29-da debüt matçına çıxıb. O, Azərbaycan kubokunun “Mil-Muğan”la görüşündə meydana çıxmaqla yanaşı, qol hesabını da açıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: