Aleksey Kaşuk Ukrayna yığmasına çağırıldı

Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah”ın yarımmüdafiəçisi Aleksey Kaşuk Ukraynanın U-21 yığmasına dəvət alıb. Arena.az xəbər verir ki, baş məşqçi Ruslan Rotan qarşıdakı yoxlama oyunları üçün heyəti açıqlayıb.

O, Danimarka və İtaliya yığmalarına qarşı keçiriləcək görüşlər üçün heyətdə Kaşuka da yer verib.

Ukrayna yığması martın 24-də Danimarka, bundan üç gün sonra isə İtaliya ilə üz-üzə gələcək.

Müqavilə ilə Ukraynanın “Şaxtyor” (Donetsk) klubuna məxsus olan Aleksey Kaşuk “Sabah”da icarə əsasında forma geyinir. O, 2022-ci ilin martından çıxış etdiyi paytaxt təmsilçisində indiyə qədər 32 oyuna çıxıb, 13 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. “Mariupol”da da oynamış sağ cinah vingeri Ukraynanın U-21 yığmasında 4 oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: