“Qəbələ” milli komandaların oyunlarına görə yaranmış fasilə dövründə Premyer Liqanın digər təmsilçisi “Neftçi” ilə yoxlama görüşü keçirəcək. Arena.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu matç martın 25-də baş tutacaq. Yoxlama oyunu Bakıxanov qəsəbəsindəki “Neftçi” Futbol Mərkəzində təşkil olunacaq. Qarşılaşmaya saat 16:00-da start veriləcək.
Yoxlama oyunu
25 mart
16:00. “Neftçi” – “Qəbələ”
“Neftçi” Futbol Mərkəzi
Xatırladaq ki, “ağ-qaralar” Azərbaycan Premyer Liqasında 27 turdan sonra 56 xalla üçüncü pillədə qərarlaşıb. Paytaxt təmsilçisi fasilədən sonrakı ilk matçını aprelin 1-də səfərdə “Zirə”yə qarşı keçirəcək. Əyalət təmsilçisi isə 27 oyuna 36 xal toplaya bilib və 5-ci sıradadır. Elmar Baxşıyevin çalışdırdığı komanda növbəti rəsmi matçını aprelin 2-də səfərdə “Sabah”a qarşı keçirəcək.


