“Qarabağ” – “Qəbələ” matçının da vaxtı dəyişdirildi

“Qarabağ”ın futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyununun vaxtı dəyişdirilib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Ağdam təmsilçisinin 33-cü turda “Qəbələ”yə qarşı keçirəcəyi oyun öncədən nəzərdə tutulduğu kimi, aprelin 6-da keçirilməyəcək.

Bunun səbəbi 32-ci turun “Neftçi” – “Qarabağ” görüşünün aprelin 30-dan mayın 2-nə təxirə salınmasıdır. Bu üzdən ağdamlıların bir tur sonra “Qəbələ” ilə ev qarşılaşmasının da mayın 8-də oynanılması qərara alınıb.

“Azersun Arena”da baş tutacaq “Qarabağ” – “Qəbələ” oyununa saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: