“Sabah”ın yolunu gözlədiyi Aleksey Kaşuk ilə bağlı qərar verildi

Sabah”ın son iki mövsümdə icarə əsasında heyətinə qatdığı Aleksey Kaşuk böyük ehtimalla Azərbaycana qayıtmayacaq.

Arena.az xəbər verir ki, Ukraynadan olan 22 yaşlı sağ cinah cinah vingeri məxsus olduğu Donetsk “Şaxtyor”unda qalacaq.

Bu barədə ukraynalı jurnalist Viktor Vatsko açıqlama verib. Onun yazdığına görə, məşqçilər heyəti hücumameylli yarımmüdafiəçini əsas heyətə qaytarmağa qərar veriblər: “Başa düşdüyüm qədərilə, Kaşuk “Şaxtyor”a qayıdır. O, “Sabah”dakı çıxışı ilə hər kəsi heyran qoyub. 31 çempionat oyununda 16 qol və 10 məhsuldar ötürmə əla göstəricidir”.

Xatırladaq ki, “Sabah” ən uğurlu legionerlərindən olan Aleksey Kaşuku heyətində saxlamaq istəyir. Amma iddiaya görə, Ukrayna klubu “Sabah”dan bu oyunçu üçün 5 milyon avro təzminat tələb edir. Donetsk təmsilçisi onu yenidən icarəyə verməkdə də maraqlı deyil.

Aleksey Kaşuk 2022-ci ilin martından “Sabah”da forma geyinir. Paytaxt klubu geridə qalan mövsümün əvvəlində yenidən onu sıralarına qaytarmışdı. Kaşuk bu komandanın heyətində bütövlükdə 41 oyun keçirib, 18 qol və 12 məhsuldar ötürmə müəllifi olub. Geridə qalan mövsümdə isə o, 33 oyun keçirib, 16 qol vurub, 10 assistlə yadda qalıb. Daha öncə “Mariupol”da da oynamış yarımmüdafiəçi Ukraynanın müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: