Hazırda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət (U-21) Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Turan Tovuz”un üzvü Xəyyam Hüseynov heyətdən çıxarılıb. Onun əvəzinə “Qəbələ”nin oyunçusu İbrahim Ramazanov heyətə cəlb olunub.
Xatırladaq ki, U-21 yığmamız beynəlxalq yoxlama oyunları çərçivəsində iyunun 17-də İstanbulda Türkiyə millisi ilə üz-üzə gələcək. Azərbaycan millisi iyunun 20-də də Bakıda Qırğızıstan yığması ilə qarşılaşacaq.


