Rəhman Daşdəmirov “Sabah”da – Rəsmi

Futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edən “Şamaxı”nın mərkəz müdafiəçisi Rəhman Daşdəmirov əyalət klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Sabah”a transfer olunub.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Sabah” yeni müdafiəçisi ilə 2 illik müqavilə imzalandığını açıqlayıb. Amma paytaxt təmsilçisinin bu keçidə görə “Şamaxı”ya nə qədər ödədiyi açıqlanmır.

Xatırladaq ki, 2021-ci ilin iyul ayından “Şamaxı”da çıxış edən Daşdəmirovun bu klubla 2024-cü ilin yayına kimi müqaviləsi var idi.

“Neftçi”nin yetirməsi olan Rəhman Daşdəmirov MOİK-də də çıxış edib. O, “Şamaxı”ya məhz “hərbçilər”in heyətindən ayrılaraq keçmişdi. Müdafiəçi əyalət klubunda meydana çıxdığı 44 oyunda 1 qol da vurub.

Xatırladaq ki, bu, “Sabah”ın yeni mövsüm öncəsi ilk transferidir. Premyer Liqanın ötən mövsümünü gümüş medallarla başa vurmuş paytaxt klubunda hələlik yalnız Abdulaye Banın komandanı tərk etməsi dəqiqləşib.

Xəbəri sosial şəbəkələrdə paylaş: