Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubuna transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə İsveç klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Transferin digər detalları barədə məlumat verilməyib. Amma daha öncə “Qarabağ”ın bu transferə görə az 500 min avro qazandığı haqda məlumatlar var idi.
Musa Qurbanlı “Qarabağ”ın heyətində indiyə qədər 68 oyuna çıxıb. O, bu görüşlərdə 33 qol və 15 məsuldar ötürmə müəllifi olub. Gənc hücumçu daha öncə “Zirə”də də icarədə oynayıb və bu komandada 11 oyuna 2 qol vurub. Musa Azərbaycan milli komandasında da 7 oyuna çıxıb, 1 qolla yadda qalıb.
Onu da qeyd edək ki, Musa “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.
“Yurqorden”ə gəlincə, bu komanda hazırda İsveç çempionatında 14 oyuna topladığı 24 xalla 4-cü pillədə qərarlaşıb. Futbolçumuzun yeni komandası 7 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.


