“Bayern”in fəxri prezidenti Ulrix Höness “Tottenhem”in hücumçusu Harri Keynin mümkün transferi ətrafında yaranmış vəziyyəti şərh edib.
Arena.az bu barədə “Abendzeitung” nəşrinin jurnalisti Makisimilian Koxa istinadən məlumat verir:
“Keyn qərarını verdiyini aydınca başa düşməyə imkan yaradıb. Və belə qalsa, biz onu alacağıq. Levi ağıllıdır (Daniel Levi “Tottenhem”in rəhbəridir – red.). Əvvəlcə, biz onu qiymət deməyə məcbur etməliyik. O, vaxta müvafiq oynayır və böyük peşəkardır. Mən onu yüksək qiymətləndirirəm. Amma qarşı tərəfdəki insanlar da belə işlərlə dünəndən məşğul olmurlar.
Keyn beynəlxalq yarışlarda iştirak etmək istəyir. “Tottenhem” bizim klubumuzdan fərqli olaraq, qarşıdakı mövsümdə avrokuboklarda iştirak etməyəcək. İndi onun Avropanın top klubuna keçmək üçün daha bir fürsəti var.
Keyn haqqında həqiqətən bəyəndiyimiz, onun məsləhətçilərinin, yəni atası və qardaşının çox gözəl insanlar olmasıdır. İndiyə qədər onlar həmişə vəd etdiklərinə sadiq qalıblar. Və əgər belə qalsa, onda hər şey qaydasında olacaq”, deyə Ulrix Höness açıqlayıb.
Xatırladaq ki, “Tottenhem” buna qədər “Bayern”in Harri Keynə görə təkliflərini geri çevirib.


