Azərbaycanlı hücumçu Musa Qurbanlının yeni müqavilə imzaladığı “Yurqorden” bu gün İsveç çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda doğma meydanda “Malmö” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan 2:0 hesablı qələbə ilə ayrılıb. 10-cu dəqiqədə hesabı açan meydan sahibləri 81-ci dəqiqədə də yekun nəticəni müəyyənləşdirən qola imza atıblar.
Musa Qurbanlı bu görüşün iştirakçısı olmayıb. Buna onun hələ də İsveçdə işçi vizası ala bilməməsi səbəb olub. Halbuki, futbolçumuzun “Malmö” ilə oyunda yeni komandasında debüt etməsi gözlənilirdi.
Xatırladaq ki, “Yurqorden” bu mövsüm keçirdiyi 16 oyunda 30 xal toplayıb və 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Komanda 9 qələbə qazanıb, 3 heç-heçə edib və 4 məğlubiyyətlə üzləşib.


