Harri Keyn: “Bayern”lə bütün qənimətləri qazanmaq istəyirəm”

“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn özünün və yeni klubunun qarşıdakı mövsümlə bağlı hədəfləri haqda danışıb.

Arena.az “Bayern & Germany” portalına istinadən Keynin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bu mövsümdə bütün qənimətləri qazanmağa cəhd etmək istəyirəm. Bu məqsədi komandamızın hər bir üzvü qarşısına qoyur. Düşünürəm ki, mövsümün sonuna qədər heç olmasa qənimətlərdən birini qazanmasaq, hamı məyus olacaq.

“Bayern”in mənim transferim üçün ödədiyi 100 milyon avro böyük pullardır. Mən məsuliyyət hiss edirəm, başa düşürəm ki, mən müvafiq transferi tamamilə doğrultmalıyam. Böyük nailiyyətlərə görə mənim üçün bu qədər xərc çəkiblər. “Bayern”lə məqsədlərimiz üst-üstə düşür”, – deyə Keyn vurğulayıb.

Xatırladaq ki, Harri Keyn avqustun 12-də Almaniya Super Kuboku çərçivəsində “Leysiq”ə qarşı oyunda “Bayern”də debüt edib. İngilis hücumçu ikinci hissədə meydana çıxıb. Amma Keynin debütü uğursuz olub, “Leypsiq” Dani Olmonun “het-trik”i sayəsində “Bayern”i 3:0 hesabı ilə məğlub edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: