Musa Qurbanlı “Malmö”yə qarşı 67 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı forvard İsveç çempionatının 20-ci turu çərçivəsində baş tutan “Malmö” ilə oyunun iştirakçısı olub.

Sözügedən rəqiblə görüş səfərdə baş tutub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Musa bu görüşə start heyətdə başlayıb və 67-ci dəqiqədə əvəzlənib.

“Yurqorden” bu nəticədən sonra 34 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Musa Qurbanlı iyul ayında “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: