Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı forvard bu gün İsveç çempionatının 26-cı turu çərçivəsində baş tutan “Varberq”lə oyunun iştirakçısı olub.
“Yurqorden” sözügedən rəqiblə doğma meydanda qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.
Musa bu görüşə start heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib.
“Yurqorden” bu nəticədən sonra 46 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Musa Qurbanlı bu ilin iyul ayında “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 13 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.


