Qvardiola birlikdə oynadığı ən istedadlı futbolçunun adını çəkdi

“Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiola futbolçu karyerasında birlikdə oynadığı ən istedadlı futbolçunun adını çəkib.

Arena.az bu barədə “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumat verir:

“Düşünürəm ki, istedadlı oyunçular hər yerdə, o cümlədən İtaliyada da var. İndiyə qədər oynadığım ən böyük istedad? Birmənalı olaraq Roberto Bacco.

İstedadı evdə sosial şəbəkələr vasitəsilə inkişaf etdirmək mümkün deyil. İstedad məşq edərək tərəqqi edər, hətta səhv etsəniz belə. Futbol oynamaq sizin xoşunuza gəlir? Onda, çox oynayın”, deyə ispan mütəxəssis bildirib.

Xatırladaq ki, futbolçu karyerası ərzində Qvardiola dayaq yarımmüdafiəçisi kimi çıxış edib. “Pep” “Barseolona”, “Breşiya”, “Roma”, “Əl-Əhli” (Qətər), “Dorados Sinaloa” klublarının heyətində oynayıb.

“Pep” İspaniya yığmasının heyətində 1992-ci ilin oktyabrında debüt edib və 47 oyunda 5 qol qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: