Tebas: “PSJ pulları göyə sovurmaq üzrə çempion ola bilərdi”

La Liqanın prezidenti Xavyer Tebas milli çempionatın maliyyə vəziyyəti ilə bağlı fikirlərini paylaşıb və PSJ-nin pul siyasətini tənqid edib.

Arena.az “Sport.es” dərgisinə istinadən Tebasın müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“İspaniya La Liqası sabitdir və Avropada güclülərin ilk beşliyinə daxildir. İspaniya futbolu koronavirus pandemiyası zamanı çətin vaxtlar yaşadı, amma indi o dirçəlib. Onun davamlılığını təmin etmək açar məsələdir.

Bilirik ki, Fransada PSJ demək olar ki, 605 milyon avro itirib və maliyyə məhdudiyyətləri olmasaydı, bu klub daha çox itirərdi. PSJ pulları göyə sovurmaq üzrə çempion adını qazana bilərdi”, deyə Tebas fransızların “bostanına daş atıb”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: