AÇ-2025: Millimizdən Lüksemburq üzərində əzmkar qələbə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki üçüncü oyununu Bakıda Lüksemburq yığmasına qarşı keçirib.

“Azərsun Arena”da baş tutan qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Dumitri Muntean olub. Ona yan xətt hakimləri Denis Oala və Sergey Boqdan kömək ediblər. Dördüncü hakim funksiyasını isə İqor Bosca yerinə yetirib.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələyə Serbiyanın U-21 yığmasına qarşı keçirdiyi səfər oyunu ilə start vermişdi. Komandamız həmin görüşdə 0:2 hesablı məğlubiyyətlə üzləşmişdi. Millimizin Şimali İrlandiya ilə ev oyunu isə 0:1 hesablı məğlubiyyətlə yekunlaşmışdı.

Yığmamızdan fərqli, Lüksemburqun gənclərdən ibarət seçmə komandası seçmə mərhələyə qələbəylə başlamışdı. Onlar startda Şimali İrlandiya ilə səfər oyunundan 1:0 hesablı qələbə ilə ayrılmışdılar. Sonrakı oyunlarında İngiltərə və Ukraynaya evdə eyni hesabla (0:3) uduzmuş lüksemburqlular 3 xalla 4-cü pillədə qərarlaşmışdılar.

Azərbaycan yığması cari tsikldə xal hesabını məhz Lüksembutqla oyunda açmağı hədəfləmişdi. Qrupda “dişimizə görə olan” yeganə rəqibə doğma meydanda qalib gələ bilməsək, U-21 millimizin bu seçmə mərhələni elə sonuncu pillədə başa vurması qaçılmaz olacaqdı. Beş qolun qeydə alındığı matçın sonunda komandamız çətinliklə də olsa, qələbə qazanmağı bacarıb.

AÇ-2025-in seçmə mərhələsi
F qrupu
17 oktyabr

Azərbaycan – Lüksemburq 3:2
Qollar: Nəriman Axundzadə, 41-pen. Sofiane İkene, 88-öz qapısına. Ağadadaş Salyanski, 90+1 – Rayan Berberi, 45+5. Leon Elşan, 54.
Baş hakim: Dumitri Muntean
Baş hakimin köməkçiləri: Denis Oala, Sergey Boqdan
Dördüncü hakim: İqor Bosca (Hakimlər briqadası Moldovadandır).
Bakı. “Azərsun Arena”.

Azərbaycan: 12. Yusif İmanov, 2. Abdulla Rzayev, 3. Rüfət Əhmədov, 4. Cəlal Hüseynov, 9. Nəriman Axundzadə, 10. Veysəl Rzayev (k), 17. Murad Vəliyev (16. Ağadadaş Salyanski, 75), 18. Hüseyn Babayev, 19. Samir Abdullayev (8. Fərid Yusifli, 64), 20. Emil Səfərov, 23. Ramin Nəsirli (7. Camal Cəfərov, 75).
Ehtiyat oyunçular: 1. Rüstəm Samiqullin, 6. Zeynəddin Abdurəhmanov, 11. Samir Məhərrəmli, 14. Xəyal Əliyev, 15. Süleyman Damadayev, 21. Mahir Həsənov.
Baş məşqçi: Samir Əliyev.

Lüksemburq: 12. Eldin Latik, 2. Yohann Torres, 3. Fabio Lohei, 8. Fabio Serkeyra (k) (4. İvan Englaro, 90+3), 9. Leon Elşan (10. Lukas Korreya, 82), 11. Selim Turping (7. David Conatans, 70), 15. Massimo Agostinelli, 16. Cleyton İriqoyen, 18. Migel Qonsalves, 21. Rayan Berberi (13. Dioqo De Oliveyra, 82), 22. Sofiane İkene.
Ehtiyat oyunçular: 1. Huqo Do Reqo, 6. Denis Ahmetçeka, 17. Roni Klisuriça, 19. Dilan De Jezus Kardozo, 20. Huqo Afonso.
Baş məşqçi: Dan Huet.

Xal: Ukrayna – 9. İngiltərə – 6. Serbiya – 6. Şimali İrlandiya – 3. Azərbaycan – 3. Lüksemburq – 3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: