“Bayern”in baş məşqçisi Tomas Tuxel komandasının Almaniya Kubokunda üçüncü liqa təmsilçisi “Saarbrüken”ə məğlubiyyətinə (1:2) şərh verib.
Arena.az “Bayern”in rəsmi saytına istinadən alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“İkinci hissədə oyunu uduzduq. Çox acı bir həb udmalı olduq. Bunun yüz izahı var və bəlkə də heç biri yoxdur. Bu qəribədir. Kifayət qədər vəziyyətlər və və yarıvəziyyətlər yaratdıq. Həqiqətən acıdır.
Biz artıq əldən gedəni qaytara bilmərik. Son dərəcə məyusuq. Biz Berlinə getmək istəyirdik. Önə keçdik, amma sonra yaxşı oynamağı boşladıq. İkinci hissədə ikinci qolu vurmaq üçün bizə zərbə və bir az da bəxt lazım idi. Rəqiblərimizi təbrik edirik”, deyə Tomas Tuxel bildirib.


