Bruno Fernandes Səudiyyə Ərəbistanına gedir? – Özü cavabladı

“Mançester Yunayted”in portuqal yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes Səudiyyə Ərəbistanı Liqasından maraqlar haqda danışıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Fernandes Səudiyyə Ərəbistanı klublarının onu transfer etmək istəməsi ilə bağlı yayılan xəbərlərə cavab verib:

“Mən bütün diqqətimi milli komandaya və “Mançester Yunayted”ə yönəltmişəm. Olduğum yerdə xoşbəxtəm. Milli komandada çox yaxşı vaxtlarımız olub, amma “Mançester Yunayted”də yox. Mən şayiələrə baxmıram. Mən onlara fikir vermirəm. Bu gün mətbuatda şayiə yaymaq çox asandır. Mən hədəflərim üzərində cəmləşməyə üstünlük verirəm”, deyə Fernandes vurğulayıb.

Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro qarşılığında “Sportinq”dən keçib. Portuqal yarımmüdafiəçinin “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “Mançester Yunayted”in heyətində 17 oyuna 4 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib. Portuqal futbolçunun “qırmızı şeytanlar”ın heyətində ümumi statistikası isə belədir: 202 oyun, 68 oyun, 57 qol.

Bruno Fernandes 2017-ci ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 62 oyuna 18 qol, eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 29 yaşlı Brunoi Fernandesi 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: